AZ

Azərbaycan qadını bundan sonra da öz zəkası, gücü və fədakarlığı ilə ölkəmizin inkişafında fəal iştirak edəcək



8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universiteti rektoru Gülçöhrə Məmmədova Azərbaycan qadınlarınə təbrik edib.

Newscenter.az həmin təbriki təqdim edir:

Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevgi və xoşbəxtlik dolu günlər, fəaliyyətinizdə uğurlar və yeni zirvələr arzulayıram.

Azərbaycan qadını tarix boyu öz zəkası, fədakarlığı və mübariz ruhu ilə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, elmin, təhsilin, incəsənətin və mədəniyyətin tərəqqisində onların müstəsna xidmətləri olmuşdur. Ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində və müstəqilliyimizin qorunmasında Azərbaycan qadınlarının rolu danılmazdır. Xüsusilə müstəqillik dövründə qadınlarımız cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edərək ölkəmizin inkişafına dəyərli töhfələr verməkdə davam edirlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qadın müəllimləri, əməkdaşları və tələbələri də bu şərəfli ənənəni layiqincə davam etdirərək, elmin və təhsilin inkişafına, şəhərsalma və inşaat mühəndisliyi sahəsində yeni nailiyyətlərin əldə olunmasına böyük töhfələr verirlər. Universitetimizin qadın alimləri və pedaqoqları yüksək elmi araşdırmaları və bilikləri ilə demək olar ki, bütün sahələr üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsi prosesində mühüm rol oynayırlar.

Bu gün Azərbaycan qadınları yalnız təhsil və elmi araşdırma sahəsində deyil, həm də ictimai, sosial və iqtisadi həyatın müxtəlif sahələrində böyük uğurlar əldə edirlər. Onların bilik və bacarıqları, zəhmətkeşliyi və yenilikçi düşüncələri ölkəmizin gələcəyinin qurulmasında müstəsna əhəmiyyətə malikdir. Xüsusilə mühəndislik, memarlıq və inşaat sahələrində çalışan qadınlar şəhərsalma proseslərində, ekoloji cəhətdən dayanıqlı şəhərlərin və müasir infrastrukturun qurulmasında fəal iştirak edərək Azərbaycanın gələcəyini formalaşdıran aparıcı qüvvəyə çevrilmişlər.
Bu əlamətdar gündə, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin analarını və ailələrini dərin ehtiramla anır, onların misilsiz fədakarlığı qarşısında baş əyirəm. Şəhidlərimizin ömür-gün yoldaşlarına, Vətən müharibəsində sağlamlığını itirmiş igidlərimizin həyat yoldaşlarına, eləcə də xalqımız üçün vətənpərvər və savadlı övladlar yetişdirən analarımıza öz dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da öz zəkası, gücü və fədakarlığı ilə ölkəmizin inkişafında fəal iştirak edəcək, böyük quruculuq prosesində mühüm rol oynayaraq yeni nailiyyətlər qazanacaqdır.

Sizi bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, ailə səadəti, sevgi dolu bir ömür və işlərinizdə böyük uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

Hörmətlə,
Gülçöhrə Məmmədova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru
Seçilən
39
newscenter.az

1Mənbələr