Bakı. Trend:
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarisığortalanmanın təmin edilməməsinə görə cərimələr müəyyənləşir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsaəsn, “İstehsalatda bədbəxt hadisələr və peşəxəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsihallarından icbari sığorta haqqında” Qanuna əsasən hər bir işçininistehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsindəpeşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmamasına,icbari o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirməkvəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindənsığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görəvəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqişəxslər 5000 manat məbləğində cərimə ediləcək.
Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibatiməsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığortamüqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təminetməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görətəkrarən inzibati məsuliyyətə cəlb olunmayacaq.
İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisəninbaş vermə faktının gizlədilməsinə ve ya bədbəxt hadisəninaraşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməlolunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icrahakimiyyəti orqanına məlumatın verilməməsinə görə 1000manatdan 2 200 manatadək məbləğdə cərimə ediləcək.
Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra İşəgötürəntərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinəvə ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyunqaçırılmasına görə 1 500 manatdan 2 200 manatadəkməbləğdə cərimə ediləcək.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyatakeçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə Məcəllənin539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olanməlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün vəya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyatakeçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə buMəcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisnaolmaqla) görə vəzifəli şəxslər 1000 manatdan 1 500manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.