AZ

Zelenski indi də cənub ölkəsinə üz tutur

Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski apreldə Cənubi Afrikaya səfər edəcək. O, Cənubi Afrika Respublikasının PrezidentiRamafosa ilə görüşəcək.

Reyting.az
xəbər verir ki, bu barədə“Bloomberg” yazıb.

Cənubi Afrika prezidentinin sözçüsü deyib ki, Zelenski Ramafosa ilə aprelin 10-da görüşüb Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərini müzakirə edəcəklər.

"Səfər prezident Ramafosanın prezident Putin və prezident Zelenski ilə Rusiya və Ukrayna arasında sülhə yol açacaq inklüziv sülh prosesi ilə bağlı razılaşmalarının davamıdır", - sözçü bildirib.

Xatırladaq ki, Cənubi Afrika Ukraynadakı müharibə ilə bağlı neytral mövqeyini bəyan edib.

Qeyd edək ki, genişmiqyaslı müharibə zamanı Ukrayna, xüsusən Afrika və Qlobal Cənubla diplomatik səylərini artırıb. Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Afrika liderlərini sülh prosesinə cəlb etmək üçün Afrika ölkələrinə bir neçə dəfə səfər edib.

ELÇİN
Seçilən
40
reyting.az

1Mənbələr