AZ

Orban: "Ukraynanın maliyyələşdirilməsi Avropanı məhv edəcək"

ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropadakı ən böyük tərəfdaşlarından biri olan Macarıstan lideri Orban Ukraynaya dəstək baxımından Aİ administrasiyasından fərqlənən siyasətini davam etdirir.

Turkustan.az xəbər verir ki, Orban, 26 Avropa İttifaqı ölkəsinin Macarıstansız Ukraynaya dəstək bəyannaməsi imzalamasından sonra verdiyi açıqlamada, ABŞ-ın Kiyevə silah və maliyyə yardımını kəsdiyi üçün Ukraynanın hərbi səylərini təkbaşına Aİ maliyyələşdirə bilməyəcəyini söylədi:

“Ukraynanın maliyyələşdirilməsi Avropanı məhv edəcək”.

Moskva ilə əlaqələri yaxşılaşdıran prezident Donald Trampın müttəfiqi Orban dövlət radiosuna deyib ki, onun hökuməti yaxın həftələrdə Ukraynanın Aİ-yə üzvlük məsələsi ilə bağlı “ictimai məsləhətləşmələrə” başlayacaq.

Bildirək ki, Orbanı 2026-cı ilin əvvəlində seçki gözləyir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
turkustan.az

1Mənbələr