AZ

Deputat İlham Məmmədov seçiciləri ilə görüşüb


Milli Məclisin deputatı İlham Məmmədov 2025-ci ilin mart ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq YAP Yevlax Rayon Təşkilatının inzibati binasında vətəndaşları qəbul edib. İlham Məmmədov vətəndaşların hər birini ayrı-ayrılıqda dinləyərək, yerində həll olunan problemlerin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda vətəndaşları narahat edən digər problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını qeyd edib. Yerində həll olunması mümkün olmayan digər müraciətlər isə nəzarətə götürülüb.
Deputat seçicilərlə görüşdə möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi naminə təsdiqlənmiş qanunlardan və digər mühüm tədbirlərdən danışıb. İlham Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bütün tədbirlər xalqımızın maraqları naminə hesablanmışdır.
Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.
Seçilən
54
newscenter.az

1Mənbələr