AZ

YAP Sabirabad rayon təşkilatının qərargahında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının qərargahında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbir də ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki,  Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər verib, qadın hüquqlarının qoruması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlayıb. Bu gün həmin siyasət dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.

Tədbirdə çıxış edənlər, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini və onların əməyinin yüksək qiymətləndirildiyini vurğulayıblar.

Daha sonra YAP Sabirabad rayon təşkilatının həyata keçirdiyi tədbirlərdə fəal iştirakına görə bir qrup partiya fəallarına təşəkkürnamə təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.

Seçilən
34
yeniazerbaycan.com

1Mənbələr