AZ

Culfada 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir - FOTO

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, dövlət qurumlarında çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova Azərbaycanın dövlətçilik tarixində, milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların böyük rolu olduğunu bildiriblər. Qeyd olunub ki, xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə Əliyeva kimi qadınların xidmətlərini bu gün də unutmur.

Culfa Rayon Mədəniyyət Sarayının direktor əvəzi Füzuli Hüseynli çıxışı zamanı Azərbaycan xanımının ailə münasibətlərinə, milli-mənəvi dəyərlərə balığını qeyd edib.

Sonda iştirakçılara musiqili proqram təqdim olunub.

Seçilən
50
1
ikisahil.az

2Mənbələr