Dünyaca məşhur braziliyalı futbolçu Neymar 17 aydan sonra Braziliya millisinin heyətinə çağırılıb.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Dorival Juniorun açıqladığı heyətdə yer alan Neymarın KONMEBOL Dünya Çempionatının seçmə mərhələsində Kolumbiya və Argentinaya qarşı oynayacağı gözlənilir.
Qapıçılar: Alisson, Bento, Ederson
Müdafiəçilər: Danilo, Qabriel Maqalhaes, Guilherme Arana, Leo Ortiz, Markinhos, Murillo, Vanderson, Wesley
Yarımmüdafiəçilər: Andre, Bruno Gimares, Gerson, Joelinton, Matheus Cunha, Neymar Jr.
Hücumçular: Estevao, Joao Pedro, Rafinya, Rodriqo, Savinyo, Vinisius Jr.
Fərid ASLAN
MİA.AZ