AZ

Ağcabədidə “Azərişıq”ın avtomobil aşıb, sürücü xəsarət alıb

Ağcabədidə "Azərişıq"a məxsus avtomobil aşıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, M.İbrahimli "Azərişıq" ASC-nin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
52
17
day.az

10Mənbələr