Fransa regional, beynəlxalq sülh və təhlükəsizlik qarşısında məsuliyyətini, səhvlərini qəbul etməli, onları düzəltməlidir.
“Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Fransa rəsmilərinin İranın Rusiya – Ukrayna müharibəsində iştirakına dair iddialarına cavabında deyib.
O bildirib ki, rəsmi Tehran müharibənin gedişinə qarışmır.
Nazirlik rəsmisi Fransanın bu ittihamları təkrarlamasını məsuliyyətsizlik kimi qiymətləndirib.
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna ilə müharibədə İran avadanlıqlarından istifadə etdiyini bildirmişdi.