Niderlandın Apeldorn şəhərində atletika üzrə Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışda üçtəkanla tullanma növü üzrə çıxış edən Azərbaycan atleti Rüstəm Məmmədov bu gün təsnifat mərhələsində mübarizə aparıb. Onun nəticəsi 16.28 metr olub. Beləliklə, atletimiz 18 idmançı arasında 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Rüstəm Məmmədov Avropa çempionatının final mərhələsində sabah mübarizə aparacaq.