ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılmasına münasibət bildirib və qeyd edib ki, Kiyev münaqişənin həllini istəmir, bu səbəbdən tədarüklər dayandırılıb.
Redaktor.az bu barədə UNN-a istinadla xəbər verir.
“Niyə Ukraynanı hava hücumundan müdafiə sistemi ilə təmin etmirsiniz və Ukraynanın onlar üçün raketləri tükəndikdə nə baş verəcək” sualına Tramp belə cavab verib: “Çünki mən bilməliyəm ki, onlar nizamlanma istəyirlər”.
"Nə həll etmək istədiklərini bilmirəm. Əgər onlar nizamlanmanı istəmirlərsə, biz oradan gedərik, çünki biz onların münaqişəni həll etmələrini istəyirik. Mən bunu ölümü dayandırmaq üçün edirəm" - Tramp deyib.
O, ABŞ-nin Ukraynaya 350 milyard dollar, Avropanın isə 100 milyard dollar yardım etdiyi iddiasını təkrarlayıb.
"Bilirsiniz, mən son bir həftə ərzində Avropada baş verənləri izləyirəm. Əgər bu problemi həll etməsək, bu, III Dünya müharibəsi ilə bitə bilər. Bu, əslində Üçüncü Dünya müharibəsi ilə başa çata bilər. Bunu həll etməliyik" - Tramp əlavə edib.
Turan İSMAYIL