"Bavariya"nın vingeri Kinqsli Koman bu yay Münhen klubunu tərk edərək Səudiyyə Ərəbistanına keçə bilər.
90deqiqe.Az xəbər verir ki, Yaxın Şərq ölkəsinin dörd klubu Komanı hədəfləyib, onların hamısı Pro Liqada çıxış edir.
Koman isə Səudiyyə Ərəbistanında variantlara üstünlük verir.
"Bavariya" ilə 2027-ci ilə qədər müqaviləsi olan fransalı futbolçu üçün klub 30-40 milyon avro qazanmaq istəyir.
Bu mövsüm Koman "Bavariya" ilə 6 qol və 4 məhsuldar ötürmə əldə edib.