AZ

Alimlər: Uşaq sahibi olmaq qadınlarda psixi pozğunluq riskini azaldır

Soochow Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, uşaq dünyaya gətirən qadınların bipolyar pozğunluq və ağır depressiyadan əziyyət çəkmə ehtimalı daha azdır. Bu xəstəliklərin ən aşağı riski iki uşağı olan qadınlarda qeydə alınır. 

Hit.az xəbər verir ki, araşdırma "Journal of Affective Disorders" (JAD) jurnalında dərc olunub.

Alimlər Britaniya Biobankından 55 mindən çox qadının məlumatlarını təhlil ediblər. Onlar aşkar ediblər ki, ən azı bir uşaq dünyaya gətirmiş qadınların psixi pozğunluqlara məruz qalma ehtimalı heç vaxt doğum etməyənlərə nisbətən təxminən 30% azdır.

Ən bariz qoruyucu təsir iki uşağı olan qadınlarda müşahidə edilib. Lakin doğuşların sayı artdıqca bu tendensiya özünü daha az büruzə verdi və bəzi hallarda psixi xəstəlik riski hətta bir qədər də artıb.

Tədqiqatçılar yaş, təhsil səviyyəsi, gəlir, həyat tərzi və sağlamlıq kimi bir çox faktoru nəzərə alsalar da, araşdırmanın səbəb-nəticə əlaqəsini deyil, yalnız bir əlaqəni ortaya qoyduğunu vurğulayırlar. Uşaq sahibi olmağın psixi sağlamlığa necə təsir etdiyini tam başa düşmək üçün uzunmüddətli izləmə lazımdır.

Samir

Seçilən
18
50
hit.az

10Mənbələr