AZ

Premyer Liqada daha kimlərin adlarına rast gəlmirik ki...

Cari mövsüm əcnəbi futbolçuların Azərbaycan Premyer Liqasında vurduğu ümumi qol sayı 200-ü keçib.

Sportinfo.az xəbər verir ki, geridə qalan 25 turda legionerlər 204 dəfə fərqləniblər.

Bu tura qədər gəlmələr 196 qola imza atmışdılar. 200-cü qolun müəllifi isə “Sumqayıt”lagörüşdə “Qarabağ”ın ikinci topuna imza atan yarımmüdafiəçi Leandro Andrade olub.

“Şamaxı”nın yarımmüdafiəçisi Andrey Tirkoveanu “Səbail”lə səfər oyununda ilk qolunu vurub. 27 yaşlı futbolçu cari mövsüm Premyer Liqamızda fərqlənən ilk rumıniyalı olub.

“Neftçi” ilə qarşılaşmada “Kəpəz”ə qələbə qazandıran yeganə topun müəllifi Şevroni Mabatşoev isə ilk tacikistanlı kimi bu mövsüm çempionatda fərqlənib.

Buna qədər çempionatımızda azərbaycanlılar istisna olmaqla, 31 müxtəlif ölkənin futbolçusu qol vura bilmişdi.

Məhsuldarlıq baxımından braziliyalılar əlçatmazdırlar. “Sambaçılar” cari mövsüm çempionatda 43 dəfə fərqləniblər.

Seçilən
44
sportinfo.az

1Mənbələr