Övladlarını böyütdükdən sonra 3 universiteti bitirən və hazırkı məqsədi magistratura pilləsini bitirmək olan Məlahət Ürkməz cəmiyyətdə böyük marağa səbəb olub.
News24.az bildirir ki, Konyada yaşayan yazıçı Məlahət Ürkməz (66) orta məktəb illərində atasının istəyi ilə universitetə getməyib. Sonrakı illərdə öz zəhməti ilə dərslərini öyrənən Ürkməz hekayə və romanlar yazmağa da başlayıb. Ailə qurduqdan sonra İstanbul Universitetinin İctimaiyyətlə Əlaqələr Fakültəsi Türk Dili Müəllimliyi və Fəlsəfə fakültəsini bitirib.
Qadın sözlərində "Fakültədə oxuduğum müddətdə tələbələrin bəziləri övladlarımın, hətta nəvələrimin yaşında idi. Onlarla dərs alanda sevinirəm. Əslində yaşımı unuduram, elə bilirəm ki, gəncəm" deyib.
Zəhraxanım Şeydayeva
