Polşa hökuməti böyük müharibəyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Baş nazir Donald Tusk Seymdə bildirib ki, bütün polşalı kişilərdən hərbi təlim keçmələri tələb olunacaq.
Proqram ilin sonuna qədər təqdim olunacaq. Söhbət “Polşada hər bir yetkin kişi üçün genişmiqyaslı hərbi təlimdən” gedir.
"Biz modeli bu ilin sonuna qədər hazır vəziyyətə gətirməyə çalışacağıq ki, Polşada hər bir yetkin kişi müharibə üçün təlim keçsin ki, bu ehtiyat müqayisə edilə bilən və potensial təhlükələrə adekvat olsun", - Tusk bildirib.
O, ehtiyatda olanlar da daxil olmaqla, Polşa ordusunun sayını indiki 200 mindən 500 minə çatdırmaq istədiyini bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta