Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Volqoqrad hava limanında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat xidməti məlumat yayıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 22:05-də Volqoqrad hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir”, - məlumatda deyilir.
Məhdudiyyətin səbəbi açıqlanmasa da, bunun PUA hücumu ilə bağlı olduğu təxmin edilir.