Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır.
AzPost bildirir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16,671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit
portfelinin 73.8%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5% olub.
2025-ci ilin yanvar ayında banklar 71 mln. manat xalis mənfəət, 122.5 mln.
manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.