AZ

Aktyor, arvadı və itinin ölüm səbəbi bilindi

Aktyor Hekman və həyat yoldaşı Betsi Arakavanın ölümü təbii səbəblərdən olub. 

“Cebheinfo.az” bu barədə CNN -ə istinadən bildirir.

Baş tibbi ekspertiza doktoru Heather Jarrell bildirib ki, aktyorun həyat yoldaşı, pianoçu Betsi Arakava hantavirus ağciyər sindromundan dünyasını dəyişib. Çox güman ki, o, ərindən əvvəl dünyasını dəyişib.

İddialara görə, aktyorda inkişaf etmiş Alzheimer xəstəliyinin əlamətləri olub.  Hekman həyat yoldaşının öldüyündən xəbərsiz idi. Aktyorun itinin cəsədi isə qutuda tapılıb, ola bilsin ki, heyvan aclıqdan ölüb.

Telekanalın məlumatına görə, Hekmanın meyiti mətbəxin yaxınlığında, Arakavanın cəsədi isə hamamda tapılıb, həblər yaxınlıqda səpələnib.

Seçilən
42
cebheinfo.az

1Mənbələr