AZ

ABŞ dövlət katibi, İlon Mask və Polşanın xarici işlər naziri Starlink şəbəkəsinə görə mübahisə edib

ABŞ dövlət katibi Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskini uydurmada ittiham edib və bazar günü Sikorskinin Ukraynanın Starlink peyk xidmətinə alternativə ehtiyacı ola biləcəyini deməsindən sonra ona nankorluq etdiyini bildirib...

Poliqon bu barədə Reuters nəşrinə istinadən xəbər verir.

Polşa Kiyevə milyarder İlon Maskın Ukrayna və ordusu üçün mühüm internet bağlantısı təmin edən Starlink şirkətindən istifadə etmək üçün pul ödəyir.

Qeyd edək ki, Mask bazar günü özünün X sosial media platformasında yazdığı bir yazıda Starlink şəbəkəsini söndürsəm Ukraynada bütün cəbhə xətti çökəcək", deyib.

ABŞ hökuməti artıq Ukrayna üçün peyk görüntülərinə bəzi çıxışı ləğv edib və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırıb. Eyni zamanda Kiyevə təzyiqi artırıb.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr