Starlink heç vaxt Ukraynadakı terminallarını bağlamayacaq...
Poliqon xəbər verir ki, bu barədə Mask, nəzarət etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) hesabında dərc edilən açıqlamada bildirib.
“Aydın olmaq üçün bildirim ki, Ukraynanın siyasəti ilə nə qədər razılaşmasam da, Starlink heç vaxt terminallarını bağlamayacaq. Starlink olmasaydı, Ukrayna rabitə xətləri kəsiləcəkdi, çünki ruslar bütün digər kommunikasiyaları bağlaya bilərdi! Biz bunu heç vaxt etməyəcəyik və ondan sövdələşmə vasitəsi kimi istifadə etmərik”, o, qeyd edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Polşanın xarici işlər naziri Radoslav Sikorskini “uydurmaqda” ittiham etmiş və bazar günü Sikorskinin Ukraynanın Starlink peyk xidmətinə alternativə ehtiyac duya biləcəyini söyləməsindən sonra ona nankorluq etdiyini bildirmişdi.
Poliqon.info