AZ

ABŞ HƏMAS tərəfdarlarının viza və “grin kart”larını ləğv edəcək

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və “grin kart”larını ləğv edəcək.

APA xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında bildirib.

"Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud “grin kart”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.

Seçilən
40
11
apa.az

10Mənbələr