AZ

“SOCAR Green” bərpa olunan enerji sahəsində xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsindən danışıb (ÖZƏL)

Bakı. Trend:

Hazırda "SOCAR Green" və "PowerChina" arasında qarşılıqlıanlaşma memorandumu (MoU) çərçivəsində Azərbaycanda birgə həyatakeçiriləcək günəş və külək enerjisi layihələrinin ilkinqiymətləndirilməsi aparılır.

Bu barədə Trend-ə "SOCAR Green"dən məlumat verilib.

“Bu strateji tərəfdaşlıq bərpa olunan enerji sahəsində bir sıraimkanların araşdırılmasına yönəlib. Buraya iri miqyaslı günəşfotovoltaik (PV) layihələri, quruda və dənizdə külək elektrikstansiyalarının tikintisi, eləcə də enerji saxlama sistemləri vəinteqrasiya olunmuş ağıllı enerji sistemləri kimi infrastrukturlayihələri daxildir. "SOCAR Green" və "PowerChina" bu layihələrintexniki-iqtisadi əsaslandırılmasını qiymətləndirmək üçün sıxəməkdaşlıq edir. Dəqiq investisiya rəqəmləri qiymətləndirmə prosesiirəlilədikcə müəyyən ediləcək”, – "SOCAR Green" bildirilib.

Qeyd edək ki, "SOCAR Green" və "PowerChina" COP29 çərçivəsindəAzərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üzrə birgəimkanların araşdırılması məqsədilə qarşılıqlı anlaşma memorandumuimzalayıb.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası,inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogenistehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayəqoyuluşunda birgə səyləri nəzərdə tutur.

“Həmçinin COP29 çərçivəsində əldə edilmiş daha bir əhəmiyyətlinailiyyəti qeyd etmək istərdik: "SOCAR Green" Azərbaycanın cənubbölgələrində potensial geotermal sistemlərin qiymətləndirilməsiüçün "Baker Hughes" ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb”,– "SOCAR Green"dən bildirilib.

X: @Lyaman_Zeyn

Seçilən
37
1
az.trend.az

2Mənbələr