AZ

Mask: Sakit ol balaca adam

Ukraynaya Starlink peyk internet xidmətləri göstərən Mask, X sosial media hesabında "Mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Onu söndürsəm, bütün cəbhə xəttləri çökəcək" deyib. 

News24.az xəbər verir ki, Mask Ukraynanın "mütləq uduzacağını" iddia edərək, müharibədən əl çəkməyə çağırıb.

İlon Maskın yazısına cavab verən n Polşa xarici işlər naziri Radoslav Sikorski, Polşanın Ukraynanın Starlink sisteminə ildə təxminən 50 milyon dollar ödədiyini xatırladıb və "SpaceX etibarsız bir təchizatçı olduğu ortaya çıxarsa, başqa təchizatçılar axtarmalı olacağıq" deyib.

Sikorskinin paylaşımına münasibət bildirən Mask, "Sakit ol, balaca adam. Xərclərin çox cüzi bir hissəsini ödəyirsən. Və Starlink-i heç nə əvəz edə bilməz" deyə bildirib.

Günel Məlikzadə


Seçilən
39
news24.az

1Mənbələr