Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və sonrakı istifadəsi üçün təkliflərin verilməsi üçün müsabiqənin nəticələri açıqlanıb.
“Report” xəbər verir ki, müsabiqə nəticələrinə əsasən qaliblər aşağıdakılardır:
I yer – Qalib diplomu, 5000 manat pul mükafatı və gələcəkdə layihə üzərində müəllif hüququnda iştirak etmək – Jgenti Nani.
II yer – Qalib diplomu və 3000 manat pul mükafatı – Məmmədli Elçin, Ağayev Gursel.
III yer – Qalib diplomu və 1500 manat pul mükafatı – Bəylərov Elin, Məmmədova Fidan, Qafarov Orxan, Hətəmov Ruslan, Vəliyeva Lalə.