AZ

Rusiya və ABŞ arasında danışıqların növbəti raundu: Olmayacaq – Mariya Zaxarova

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi planlaşdırılmır.

Editor.az xəbər verir ki, bundan əvvəl Amerikanın CNN telekanalı bu ehtimal barədə məlumat yayıb. Onun sözlərinə görə, amerikalılar Ukrayna ilə danışıqlardan əvvəl Rusiya nümayəndə heyətinin nümayəndələri ilə ayrıca görüş keçirməyi planlaşdırıblar. “Planlaşdırılmayıb. Üstəlik, Amerika tərəfdən heç bir məlumat alınmayıb”, – deyə xanım Zaxarova jurnalistlərinin sualını cavablandırıb.

Qeyd edəcək ki, Vaşinqton və Kiyev nümayəndələri arasında danışıqlar çərşənbə günü, martın 12-də Ciddə şəhərində baş tutacaq. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, görüşdə ABŞ və Ukrayna nümayəndə heyətləri Ukrayna böhranının həllini müzakirə edəcəklər. “Fox News”un məlumatına görə, Amerika nümayəndə heyətinə Stiv Vitkoff, ABŞ dövlət katibi Marko Rubio və Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz daxil olacaq. Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə nümayəndələrinin “əsaslı görüş” keçirəcəyini bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
50
editor.az

10Mənbələr