Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, martın 10-16-da paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
🔹 64 xanalı dama üzrə gənclər (2006-2008), kadetlər (2009-2011), kiçik kadetlər (2012-2014), ümüdlər (2014) və daha aşağı yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi – 1-11 mart (Bakı);
🔹 Badminton üzrə U13 ölkə birinciliyi – 7-10 mart (Bakı);
🔹 Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi – 10-11 mart (Bakı);
🔹 Akrobatika gimnastikası üzrə Bakı çempionatı – 10-11 mart (Bakı);
🔹 Peşəkar Çövkən Liqası (I tur) – 11-12 mart (Bakı);
🔹Futbol üzrə 2024/25 UEFA qadınlar U-17 Avropa çempionatının II mərhələsi çərçivəsində mini-turnir (Azərbaycan, Lyuksemburq, Malta, Bolqarıstan) – 12-18 mart (ASCO arena, Binə stadionu);
🔹 Bədii gimnastika üzrə Azərbaycan çempionatı – 13-15 mart (Bakı);
🔹 Atçılığın konkur növü üzrə yarış– 14-15 mart (Bakı);
🔹 Dövlət qurumları arasında nərd yarışı – 14-15 mart (Azərbaycan İdman Akademiyası);
🔹 Ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında ölkə birinciliyi – 14-16 mart (Bakı, Şüvəlan Ağırlıqqaldırma Mərkəzi);
🔹 Sambo üzrə 2011-2012-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyi – 14-16 mart (Bakı);
🔹 Şose velosipedi üzrə kriterium üzrə ölkə kuboku (bütün kateqoriyalar) – 15-16 mart (Bakı).
İdman.biz