ABŞ dövlət katibi Marko Rubio Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının ölkədən çıxarılacağını bildirib. Marko Rubio bu barədə X sosial şəbəkəsində yazıb: “Amerikadakı HƏMAS tərəfdarlarının vizalarını və/yaxud yaşıl kartlarını ləğv edirik ki, onlar deportasiya olunsunlar”.
Daha sonra o, Mahmud Xəlilin həbsi xəbərini posta əlavə edib. Mahmud Xəlil Nyu-Yorkdakı Kolumbiya Universitetində aspirantdır. 2024-cü ildə Fələstin tərəfdarı tələbələr universitet binası qarşısında çadır düşərgəsi qurublar. Mahmud Xəlil universitet rəhbərliyi ilə onların adından danışıqlar aparan aparıcılardan biri idi. O, martın 9-da saxlanılıb.
//Samir Qurbanov, Editor.az