AZ

Donald Tramp Rusiya mallarına əlavə rüsumlar tətbiq ediləcək

ABŞ prezidenti Donald Tramp Rusiya mallarına əlavə rüsumların tətbiq ediləcəyini istisna etməyib.

Bundan əvvəl o, bəyan etmişdi ki, Vaşinqton Ukraynadakı münaqişə bitənə qədər Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinə icazə verir.

Prezident təyyarəsinin göyərtəsində jurnalistlər Donald Trampdan Vaşinqtonun Moskvaya qarşı hansı məhdudiyyətlər və tariflər tətbiq edə biləcəyi ilə bağlı sual veriblər. “Biz bir çox aspektləri nəzərdən keçiririk” – ABŞ prezidenti deyib.
Xatırladaq ki, martın 7-də Donald Tramp bildirib ki, Ağ Ev Rusiya iqtisadiyyatının bank və digər sektorlarına qarşı yeni sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən keçirir. Martın 9-da respublikaçı senator Lindsey Graham Rusiyaya qarşı məhdudiyyətləri gücləndirmək üçün Konqresə qanun layihəsi təqdim edəcəyini açıqlayıb. O hesab edir ki, bu cür tədbirlər Moskvanı Ukrayna üzrə danışıqlara sövq edəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr