AZ

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçiriləcək

2025-ci il 13 mart tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

İclasda Dünya Bankı tərəfindən “Biznesə daxilolma” indikatoru ilə bağlı ünvanlanmış anket sorğusu, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”ndə qarşıda duran vəzifələr barədə məlumat təqdim olunacaq.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Seçilən
29
1
vergiler.az

2Mənbələr