Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanın altı boksçusu Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məşqçilər heyəti yarışda Tural Sarıyev (50 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (65 kiloqram), Mehdi Həsənov (70 kiloqram), Fəqan Məmmədov (80 kiloqram) və Sürət Qarayevə (90 kiloqram) şans verəcək.
Qeyd edək ki, martın 11-də start götürəcək turnir ayın 15-də başa çatacaq.