AZ

Polipropilen ixracına dair göstəricilər açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar ayında ölkədən 5,79 milyon ABŞ dolları dəyərində 4,9 min tondan çox ilkin formalarda polipropilen ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 5,2 dəfə, həcm baxımından isə 4,6 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk ayında ölkədən 228,4 milyon dollar dəyərində Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə polipropilen ixracının xüsusi çəkisi 2,53 faizə bərabər olub.

Seçilən
33
vergiler.az

1Mənbələr