AZ

Savriyevadan uğurlu start

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib.

Futbolpress.az xəbər verir ki, mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.

Seçilən
32
futbolpress.az

1Mənbələr