Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç Madrid klubu ilə yollarını ayıracaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbə yarımmüdafiəçinin qalmaq istədiyini, ancaq "Real Madrid"in onunla bağlı planlarının dəyişdiyini iddia edib. Bu üzdən tərəflər müqavilənin müddətini uzatmayacaqlar.
Təcrübəli futbolçu daha əvvəl 2026-cı il dünya çempionatında iştirak etmək üçün Madrid klubunda qalmaq istədiyini bildirmişdi.
Qeyd edək ki, 39 yaşlı yarımmüdafiəçi "Real Madrid"ə 2012-ci ildə "Tottenhem"dən 35 milyon avroya keçib.
Xorvatiyalı yarımmüdafiəçi bu mövsüm klubda bütün turnirlərdə 41 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.