AZ

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və keçirəcəyi oyunların təqvimi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, milli martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Komanda martın 14-də, saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

Avropa çempionatı martın 15-dən 25-dək Albaniyada keçiriləcək. U-17 B Liqasının VI qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

1. Rauf Əyyubov - Sabah
2. Elbrus Kərimov - Marcet (İspaniya)
3. Murad Qurbanov - Zirə
4. Həzrət Səmədov - Sabah
5. Səttar Tahirzadə - Marcet (İspaniya)
6. Tuncay Əhmədov - Marcet (İspaniya)
7. Amin Rzayev - Qarabağ
8. Fərid Cabbarlı - Zirə
9. Nadir Nəsibli - Marcet (İspaniya)
10. Muhamməd Çodarov - Marcet (İspaniya)
11. Tunar Muradov - Turan Tovuz
12. Əli Qazibəyov - Qarabağ
13. İbrahim Babayev - Servette 1890 (İsveçrə)
14. Vüsal Kərimov - Neftçi
15. Abdulaziz Cabbarlı - Qarabağ
16. Ariz Kərimov - Qəbələ
17. Tunar Rzayev - Marcet (İspaniya)
18. İslam Həsənov - Graficar (Serbiya)
19. Əhməd Vəliyev - Qarabağ
20. Əli İbrahim - Qarabağ

Yığmanın oyunlarının təqvimi:

19 mart

18:00. Azərbaycan – Albaniya

“Elbasan Arena”

22 mart

15:00. Uels – Azərbaycan

“Elbasan Arena”

Seçilən
39
1
fanat.az

4Mənbələr