AZ

Peşəkar Çövkən Liqasında yeni mövsüm start götürür

Sabah Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışın ilk oyunları da saat 13:30-da başlayacaq rəsmi açılışdan sonra baş tutacaq.

Bu mövsüm 12 komanda çempionluq uğrunda mübarizə aparacaq. İki dövrəli sistemdə hər dövrədə 11 tur, ümumilikdə isə 132 oyun keçiriləcək.

Qeyd edək ki, ilk turun görüşləri iki günü əhatə edəcək.

I tur
11 mart

14:00. “Sərhədçi” – “Buta Golden”
15:00. “Polad” – “Elit”
16:00. “Omar” – “Xəzər”


12 mart
14:00. “Şirvan” – “Atilla”
15:00. “Qarabağ” – “Embavud”
16:00. “Zəfər” – “Ağstafa Dilbaz”

İdman.biz

Seçilən
28
3
idman.biz

5Mənbələr