AZ

Müəllimləri təhqir etdiyi deyilən direktor barəsində tədbir görüləcək - BŞTİ

Bakı. Trend:

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinintəşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəBakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumatverilib.

Bildirilib ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətlitəşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm vəTəhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı JaləMəhərrəmovaya həvalə edilir.

"Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasındaişə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işəqayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdətutulur.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ hallarınbaş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitintəmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyinartırılması əsas prioritetlərdəndir. Məktəbin və müəlliminfəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləriçərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzindəsaxlanılır", - qurumdan vurğulanıb.

Məqalədə:
Seçilən
8
29
az.trend.az

10Mənbələr