AZ

Dieqo Simeone: “Xetafe”yə məğlubiyyətə layiq idik”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 27-ci turunun “Xetafe” ilə səfər oyununda məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, “döşəkçilər” 75-ci dəqiqədə hesabı açsalar da, 88-ci və 90+2-ci dəqiqələrdə qollar buraxaraq, acı məğlubiyytə üzülüblər – 1:2.

Dieqo Simeone matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Ümumilikdə oyun xoşagələnlərdən deyildi. Biz oyunda gərək olanı etmədik, amma buna rəğmən, penalti sayəsində heabda irəli çıxdıq. Ardınca Korrea (“Atletiko”nun 30 yaşlı argentinalı sağ cinah hücumçusu Anxel Korrea – redaktorun qeydi) meydandan qovuldu. Ardınca isə qapımıza iki çox bənzər qol gəldi. Biz layiq olduğumuz məğlubiyyəti qəbul etməliyik, çünki biz bu oyunda işimizin öhdəsindən gələ bilmədik. Son 10-12 dəqiqə ərzində rəqib hücumda cəsarətli, məqsədyönlü və səmərəli idi. Onlar bu qələbəni haqq etdilər”, deyə “El-Çolo” ləqəbli argentinalı mütəxəssis vurğulayıb.

27 oyundan 56 xal toplamış “Atletiko” İsapniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Xetafe” isə 33 xalla 12-ci pillədədir.

La Liqaya 26 oyundan 57 xal toplamış “Barselona” başçılıq edir.

Seçilən
13
arena.az

1Mənbələr