AZ

Əhməd əş-Saraa: “Günahkarlar cəzalandırılacaq”

AzVision.az Suriya mediasına istinadən xəbər verir ki, Əhməd əş-Şaraaa əməlləri mülki şəxslərin ölümünə səbəb olan hər kəsin buna görə məsuliyyətə cəlb ediləcəyini deyib.

“Biz kritik məqamı yaşadığımız bu gündə yeni təhlükə ilə - keçmiş rejimdən qalan insanların və onların xarici havadarlarının yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdləri ilə üz-üzəyik. Onların məqsədi bizi parçalamaq, birliyimizi, sabitliyimizi pozmaqdır. Biz mülki qan tökülməsinə və ya xalqımıza zərər vuran hər kəsi sərt şəkildə və heç bir güzəştə getmədən məsuliyyətə cəlb edəcəyimizi təsdiqləyirik. Dövlətin səlahiyyətlərini aşan və ya hakimiyyətdən şəxsi maraqları üçün istifadə edən şəxslər cəzalandırılacaqlar”, - Suriyanın keçid dövrünün rəhbəri bildirib.

Əsədçilər Dəməşqə hücum ediblər
Onun sözlərinə görə, heç kim qanundan üstün deyil, ona görə də əli suriyalıların qanına bulanan hər kəs gec-tez ədalətlə üzləşəcək. Eyni zamanda, Əhmədəş-Şaraa həmçinin Bəşərə Əsədə sadiq qalan qüvvələri tapıb zərərsizləşdirməyə söz verib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
15
azvision.az

1Mənbələr