AZ

Ranyeri: “Roma” özünə olan qiyməti bərpa etdi”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 28-ci turunun “Empoli” ilə səfər oyunundakı 1:0 hesablı qələbəni şərh edib.

Arena.az “OneFootball” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Oyunun sonunda qorxurdummu? Mən uşaqlara demişdim ki, müəyyən yaşlı adamam və bunu çox duyğusal qəbul edə bilmərəm.
Biz işi axıra çatdırmalı idik, bunlar elə oyunlardır ki, uduzaraq, sonra niyəsi haqda düşünürsünüz. Mösmümün ikinci hissəsi mürəkkəbdir, mən heyətə oyuna qədər həris olan uşaqları qoymuşdum, indi isə biz Bilbaodakı oyuna yaxşıca hazırlaşa bilərik”.

Ranyeri komandanın və bəzi futbolçuların performansına da qiymə verib:

Bu gün mənə bütün komanda xoş gəldi. Eldor Şomurodov? O, əntiqə oğlandır, qolları o qədər də çox deyil, amma ən əsası – gərəkli yerdə peyda olmaqdır. O, həlledici qollar vurub və bunu etməyə davam edəcək.

Mats Hummels? Bu gün o, mənim xoşuma gəldi.

Mən komandam haqda nə düşünürəm? “Empoli” ilə oyun özünəqiyməti bərpa etmək üçün vacib idi, heyətimiz yaxşıdır, keyfiyyət yüksəkdədir. Mən, əmin idim ki, məndə hər şey alınacaq, amma indi olduğu kimi olacağını gözləmirdim”, deyə 73 yaşlı qocaman mütəxəssis məmnunluqla vurğulayıb.

28 oyundan 46 xal toplamış “Roma” yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Empoli” isə 22 xalla 18-ci pillədədir.

A Seriyasına 61 xalla “İnter” başçılıq edir.

Seçilən
21
arena.az

1Mənbələr