Bakı.Trend:
Tbilisi şəhər məhkəməsinin hakimi Gürcüstanın keçmiş prezidentiMixail Saakaşvilinin təxminən 9 milyon lari (təxminən 3,2 milyonABŞ dolları) məbləğində vəsaiti mənimsəməsi ilə bağlı iş üzrəməhkəmə dinləmələrini yekunlaşdırıb.
Trend xəbər verirki, bu barədə ölkənin yerli yerli KİV-ləri məlumat yayılıb.
Məlumata görə, hakim Badri Koçlamazaşvili ittiham və müdafiətərəfinin son çıxışlarını dinlədikdən sonra qərarın çıxarılmasıüçün fasiləyə ayrılıb. Onun yaxın saatlarda və ya yaxın günlərdə işüzrə hökm çıxaracağı gözlənilir.
Qeyd edək ki, Saakaşvilinin dövlət vəsaitini mənimsəməsi üzrəittiham 2014-cü ildə irəli sürülüb. İttihama əsasən, Saakaşviliqeyd olunan məbləğin böyük hissəsini 2009-2012-ci illərdə şəxsiehtiyacları üçün xərcləyib.