AZ

İran XİN: "ABŞ qanunsuz sanksiyaları dayandırmalıdır"

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuatabrifinqdədilə gətirib. O vurğulayıb ki, ABŞ-nin sanksiyaları uzatması yolverilməzdir.

"Bu addım qanunsuzluğun, insanlığa qarşı cinayətin etirafıdır. ABŞ-nin İran xalqına qarşı irəli sürdüyü birtərəfli sanksiyaların hüquqi əsası yoxdur",- o bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti dünən İraqa qarşı sanksiyaların uzadılmasını "İrana iqtisadi, maddi yardımın qarşısını almaq" məqsədi daşıdığını vurğulayıb. Belə ki, İran İraqın qaz və elektrik enerjisinin 1/3-ni təmin edərək əhəmiyyətli gəlir götürür.

Firudin Həmidli
AzVision.az
Seçilən
13
azvision.az

1Mənbələr