AZ

Motta darmadağına şərh verdi: “Skudetto əldən getdi”

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 28-ci turunun “Atalanta” ilə ev oyununda 0:4 hesablı məğlubiyyəti şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çox pərişanıq və təəssüf edirik. Skudetto haqda daha heç bir söhət olmayacaq. Biz sadəcə olaraq çıxışımıza davam etməliyik. Biz liqada ikinci ən gənc komandayıq. Buraxılmış birinci qoldan sonra oyunçularıma psixoloji cəhətdən çətin oldu, onlar sıradan çıxarılmışdılar. Biz çətin olacağını bilirdik. Şübhəli penaltidən sonra qüvvələrimizi hücuma atmaq istəyirdik, amma “Atalanta” əks-hücumlarda yaxşı idi”, deyə Motta məyusluqla bildirib.

28 oyundan 52 xal toplamış “Yuventus” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Atalanta” isə 58 xalla 3-cü pillədədir. A Seriyasına 61 xalla “İnter” başçılıq edir.

Seçilən
6
arena.az

1Mənbələr