İngiltərə Premyer Liqasında qızıl medallara ən real namizəd "Liverpul" geyim sponsorunu dəyişir.
Offsideplus.az xəbər verir ki, klub ABŞ-ın Nike firması ilə 5 illik əməkdaşlığı dayandırır.
Belə ki, bu il avqustun 1-dən etibarən "qırmızılar"ı Adidas geyindirəcək. Almaniya şirkəti "Liverpul"un kişi, qadın və uşaq komandaları üçün oyun, məşq və gündəlik geyim formaları istehsal edəcək. Klubun klassik üsluba qayıdacağı gözlənilir.
Bu, "Liverpul" və Adidas arasında sayca 3-cü əməkdaşlıq müqaviləsi olacaq. Bundan öncə tərəflər 1985-1996-cı və 2006-2012-ci illərdə birgə çalışıblar.