“Şamaxı” uzun müddətdir borclu olduğu futbolçuları sevindirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsüm I Liqada qazanılan çempionluğun pul mükafatını ödəyib. Oyunçuların hər birinə 5000 manat “premya” sözü verən rəhbərlik hələ də buna əməl etməmişdi.
Ancaq artıq məsələ həll olunub. Vəd edilən mükafat futbolçuların hesabına köçürülüb.
Xatırladaq ki, həmin heyətdən bir çox oyunçu artıq komandada çıxış etmir.