AZ

Ekoloji təhlükəsizlik qaydalarını pozanlar cəzalandırılıb

Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Ağdaş rayonu ərazisində keçirilən növbəti tədbir zamanı tullantıların zibil qutularından kənara atılması aşkar edilib. Buna görə rayon sakini olan 3 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Bundan başqa, rayonun Dəhnəxəlil kəndi ərazisində ağac kəsilməsi faktı aşkarlanıb. Qanunsuz ağac kəsdiklərinə görə 2 nəfər barəsində araşdırma aparılır.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Seçilən
19
xalqqazeti.az

1Mənbələr