Rusiya prezidenti Vladimir Putin “Donetsk və Luqansk Xalq Respublikaları” tərəfində hərbi əməliyyatlarda iştirak etmiş vətəndaşların hərbi xidmətdən azad edilməsi barədə göstəriş verib.
Herbiand.az bildirir ki, bu barədə Kremlin saytında dərc olunan “Vətən Müdafiəçiləri” Fondunun əməkdaşları və himayədarları ilə görüşdən sonra verilən təlimatlar siyahısında deyilir.
Vurğulanıb ki, söhbət 2014-cü il mayın 11-dən bəri ən azı altı ay Donetsk Silahlı Qüvvələrinin, Luqansk xalq milislərinin və hər iki bölgənin digər hərbi birləşmələrinin tərkibində döyüşmüş ruslardan gedir.
Bundan əlavə, Putin martın 30-dək qanunvericiliyə xüsusi hərbi əməliyyatın bütün iştirakçılarının döyüş veteranı təsnifatını nəzərdə tutan dəyişikliklərin edilməsini tapşırıb.
Bəxtiyar CƏFƏRLİ