AZ

Rumıniyada etiraz aksiyaları keçirilib

Rumıniyanın Seçki Bürosunun Corceskunun prezidentliyə namizədliyini rədd etməsindən sonra Büronun önündə etiraz aksiyaları keçirilib.

 

Bu barədə Rumıniyanın AGERPRES agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, Seçki Bürosu imtinanın konkret səbəblərini açıqlamayıb. Hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və antisosial hərəkətlərə yol verənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağını bildirib.

 

Seçki təqviminə əsasən, martın 17-dək namizədliyin qeydə alınması ilə bağlı yekun qərar verilməlidir. Rədd edilmiş namizədlər martın 18-dək Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Məhkəmənin qərarı Rumıniyanın rəsmi jurnalında dərc olunacaq.

 

Qeyd edək ki, Corcesku cümə günü namizədliyini təqdim edib.

Seçilən
14
senzor.az

1Mənbələr