Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi İlham Yədullayev 20 futbolçuya dəvət göndərib.

Milli komandamıza ən çox İspaniyanın "Marset" klubunun üzvləri çağırılıb.

U-17 martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Daha sonra Albaniyaya yollanacaq yığmamız Avropa çempionatının seçmə mərhələsində qüvvəsini sınayacaq. Həmyerlilərimiz B Liqasının 6-cı qrupunda meydan sahibləri (19 mart) və Uelslə (22 mart) oyunlarda mübarizə aparacaqlar.

U-17 yığmasının heyəti: Rauf Əyyubov, Həzrət Səmədov (hər ikisi "Sabah"), Elbrus Kərimov, Səttar Tahirzadə, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov, Tunar Rzayev (hamısı "Marset", İspaniya), Murad Qurbanov, Fərid Cabbarlı (hər ikisi "Zirə"), Amin Rzayev, Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim (hamısı "Qarabağ"), Tunar Muradov ("Turan Tovuz"), İbrahim Babayev ("Servette 1890", İsveçrə), Vüsal Kərimov ("Neftçi"), Ariz Kərimov ("Qəbələ"), İslam Həsənov ("Graficar", Serbiya)